PUIC İslam dünyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformadır - Baş katib

Siyasət Materials 24 İyun 2026 11:07 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu konfrans əməkdaşlığın gücləndirilməsi və İslam dünyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformadır. Xüsusilə də regionumuzun və dünyanın mürəkkəb dəyişikliklərlə üzləşdiyi bir dövrdə belə görüşlər böyük əhəmiyyət daşıyır.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının Baş katibi Məhəmməd Xurayçi Niyass Bakıda Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu gün bir çox İslam ölkələri öz maraqları, sabitliyi və gələcək nəsillərinin rifahı ilə bağlı ciddi çağırışlarla qarşılaşır. Dünya görünməmiş qütbləşmə, regional gərginliklər və beynəlxalq münaqişələr dövrünü yaşayır. Ağrılı müharibələr xalqları yorub, dövlətlərin resurslarını tükədib və regional təhlükəsizliyə birbaşa təsir göstərib.

Baş katib bildirib ki, daxili münaqişələr, terrorizm, yoxsulluq, borc yükü, iqlim dəyişiklikləri, humanitar böhranlar və silahlı toqquşmalar bir-biri ilə əlaqəli çağırışlar yaradır, təhlükəsizlik və sabitliyi təhdid edir. Bu şəraitdə sülhə nail olmaq və bütün formalarda müharibələri rədd etmək həyati zərurətə çevrilib.

M.Niyassın sözlərinə görə, münaqişələrin davam etməsi yalnız insan əzablarını artırır, inkişaf proseslərini ləngidir və gələcək nəsillərin taleyini təhlükə altına qoyur. Buna görə də fikir ayrılıqlarının həlli, xalqlar və dövlətlər arasında etimad körpülərinin qurulması üçün dialoqun gücləndirilməsi vacibdir.

“Sülh ikinci dərəcəli seçim deyil, daha sabit və ədalətli gələcəyin təmin edilməsi üçün zəruri şərtdir. Bu gələcək əməkdaşlıq, qarşılıqlı hörmət və insan ləyaqətinin qorunması prinsipləri üzərində qurulmalıdır.

Eyni zamanda, iqtisadiyyatın dəstəklənməsi, infrastrukturun inkişaf etdirilməsi və rəqəmsal transformasiyanın təşviqi istiqamətində görülən işlər, eləcə də azad edilmiş ərazilərin yenidən qurulması və milli inkişaf prosesinə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Belə uğurlu təcrübələrin öyrənilməsi və parlament əməkdaşlığı çərçivəsində paylaşılması daha dayanıqlı iqtisadiyyatların qurulmasına və indiki, eləcə də gələcək nəsillər üçün rifah imkanlarının genişlənməsinə töhfə verə bilər”, - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti