Bakı. Trend:
Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan “Altay” taekvondo turnirində Azərbaycanın gənclərdən ibarət milli komandası medal sayını artırıb.
Yığmamız yarışın növbəti günündə 1 gümüş və 2 bürünc medal əldə edib.
49 kq çəki dərəcəsində mübarizə aparan Nilufər Borci gümüş medala sahib çıxıb. Zəhra İsayev (44 kq) və Adil Kazımlı (73 kq) isə yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları turnirin əvvəlki günündə də 1 gümüş və 2 bürünc medal qazanmışdılar.