Bakı. Trend:
İran Tehran ilə Vaşinqton arasında memorandumun əldə olunması üçün İslamabadın göstərdiyi vasitəçilik səylərinə görə Pakistan hakimiyyətinə təşəkkür edir.
Bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian bildirib.
“İran İslam Respublikasının hökuməti və xalqı Pakistan hökumətinin və xalqının səylərinə, dəstəyinə və həmrəyliyinə görə minnətdardır. Regionun bir çox çağırışlarla üzləşdiyi kritik dövrdə Pakistanın dialoqu dəstəkləmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək istiqamətində məsuliyyətli və uzaqgörən rolu, bu ölkənin regional proseslərə qardaşlıq və gələcəyə yönəlmiş yanaşmasının təzahürüdür”, - deyə Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında bildirib.
İran prezidenti əminliyini ifadə edib ki, islam ölkələri səylərini birləşdirərək regionda yeni təhlükəsizlik arxitekturası yarada bilərlər.