Bitkoinin qiyməti 64 min dollara çatıb

İqtisadiyyat Materials 23 İyun 2026 08:55 (UTC +04:00)
Bitkoinin qiyməti 64 min dollara çatıb
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində cüzi artaraq 2,19 trilyon dollara yüksəlib.

Məlumata görə, Bitkoinin qiyməti 63 991 dollar təşkil edib. Bu göstərici son sutka ərzində 0,16 faiz artım deməkdir. "Ethereum" isə 0,11 faiz ucuzlaşaraq 1 728 dollara enib.

Eyni zamanda, BNB 0,19 faiz bahalaşaraq 590,8 dollara çatıb. Qızıla indekslənmiş rəqəmsal aktivlərdən "PAX Gold"un qiyməti 0,76 faiz, "Tether Gold"un qiyməti isə 0,81 faiz azalıb.

Ən iri kriptovalyutalar arasında "Monero" 2,31 faiz, "Zcash" isə 1,10 faiz dəyər qazanıb. Bununla yanaşı, "BitTensor" 1,45 faiz, "Bitcoin Cash" isə 1,38 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti