Bakı. Trend:
ABŞ və İran nümayəndələri İsveçrədə keçirilən danışıqlar zamanı Livanda atəşkəs rejiminə əməl olunmasının təmin edilməsini müzakirə ediblər.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, danışıqlar İsveçrənin Bürgenştok şəhərində baş tutub və əsas müzakirə mövzularından biri “Livandakı münaqişənin həlli mexanizmi və atəşkəsə əməl olunmasının təmin edilməsi” olub. Bu barədə israilli jurnalist Barak Ravid mənbəyə istinadla məlumat verib.
ABŞ tərəfinin nümayəndəsinin sözlərinə görə, müzakirələrdə həmin məsələ gün ərzində diqqət mərkəzində olan əsas mövzulardan biri kimi qiymətləndirilib.