Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Xəbər 22 İyun 2026 13:55 (UTC +04:00)
Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayılın Şükürbəyli kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 20 ailə, ümumilikdə 89 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlərə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Qeyd edək ki, kəndə ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin köçürülməsi planlaşdırılır.
13:15

Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr doğma yurda çatıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Şükürbəyli kəndi istiqamətində yola salınan 20 ailə artıq yeni yaşayış məntəqəsinə çatıb.

Növbəti mərhələdə ailələrə məskunlaşacaqları evlərin açarları təqdim olunacaq.

xxx
12:50

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb

Trend-in Qarabağ bürosunun xəbərinə görə, köç prosesinin bu mərhələsində kəndə 20 ailə, ümumilikdə 89 nəfər yerləşdirilib.

Şükürbəyli kəndinə köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti