Bakı. Trend:
"Barselona"nın qapıçısı İnyaki Penya karyerasını Yunanıstanda davam etdirəcək.
Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
"Panatinaikos" ispaniyalı qolkiperin keçidini həll edib.
Super Liqa nəhəngi ispaniyalı "əlcək sahibi" üçün La Liqa çempionuna 3 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İnyaki Penya 2025/26 mövsümündə icarə əsasında "Elçe"də çıxış edib. 27 yaşlı qapıçı komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda qapısında 28 qol görüb.
