Bakının mərkəzində vətəndaşlar susuz qaldı

Hadisə Materials 20 İyun 2026 22:18 (UTC +04:00)
Bakının mərkəzində vətəndaşlar susuz qaldı

Bakı. Trend:

Yasamal rayonunun bir sıra ərazilərində su təchizatında problem yaranıb.

Sakinlərin Trend-ə verdiyi məlumata görə, son bir neçə saatdır ki, rayonun müxtəlif hissələrində, o cümlədən Hüseyn Cavid prospektində içməli suyun verilişi dayandırılıb.

Vətəndaşlar bildiriblər ki, su təchizatındakı fasilə gündəlik məişət ehtiyaclarının qarşılanmasında çətinliklər yaradıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat Xidmətindən su təchizatında yaranmış problemin olduğu təsdiqlənib.

Qurumdan bildirilib ki, hazırda bəzi ərazilərdə suyun verilişində məhdudiyyət müşahidə olunur. Lakin problemin yaranma səbəbi və su təchizatının nə vaxt bərpa ediləcəyi barədə əlavə məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti