Argentinada Messinin 26 metr hündürlüyündə heykəlinin açılışı həyata keçirilib

İdman Materials 21 İyun 2026 09:34 (UTC +04:00)
Argentinada Messinin 26 metr hündürlüyündə heykəlinin açılışı həyata keçirilib

Bakı. Trend:

8 dəfə “Qızıl top” mükafatı laureatı və dünya çempionu Lionel Messinin ən böyük abidəsi Argentinada istifadəyə verilib.

Bu barədə “TyC Sports” telekanalı məlumat yayıb.

Heykəlin hündürlüyü 26 metr, ümumi çəkisi isə 70 tondur. Onun layihəsi heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb.

Xatırladaq ki, iyunun əvvəlində Hindistanın Kəlküttə şəhərində argentinalı futbolçunun 21 metrlik heykəli güclü küləklər nəticəsində konstruksiyanın dayanıqsızlığı ilə bağlı narazılıqlardan sonra sökülmüşdü.

Xəbər lenti

Xəbər lenti