ABŞ bəzi aktivlərini İrana qaytara bilər

Dünya xəbərləri Materials 21 İyun 2026 06:08 (UTC +04:00)
ABŞ bəzi aktivlərini İrana qaytara bilər

Bakı. Trend:

Vaşinqton administrasiyası ümid edir ki, İran BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək. Bunun müqabilində ABŞ əvvəllər dondurulmuş aktivlərin bir hissəsini Tehrana verməyə hazırdır.

Bu barədə “Axios” məlumat yayıb.

Nəşr mənbələrinə istinadən bildirir ki, Birləşmiş Ştatlar İranın BMT müfəttişlərini danışıqların birinci mərhələsindən sonra ABŞ və İsrail tərəfindən bombalanan nüvə obyektlərinə dəvət etməsini istəyir. ABŞ bunun müqabilində İrana Qətərdəki 6 milyard dollar həcmində dondurulmuş vəsaitinin bir hissəsini əldə etmək imkanı verməyə hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti