Tramp İsraildən “Hizbullah”la atəşkəsə razılıq verməsini istəyib

Dünya xəbərləri Materials 20 İyun 2026 05:08 (UTC +04:00)
Tramp İsraildən “Hizbullah”la atəşkəsə razılıq verməsini istəyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İsraildən “Hizbullah”la atəşkəsə razılıq verməsini istəyib.

Tramp bu barədə “NBC News”a müsahibəsində bildirib. Onun sözlərinə görə, bu çağırış İsrailin Livana hücumlarının ABŞ–İran arasında planlaşdırılan sülh danışıqlarına mənfi təsir göstərə biləcəyi fonunda edilib.

ABŞ Prezidenti İsrailin Baş naziri Binyamin Netanyahu ilə bu məsələni müzakirə edib-etmədiyini dəqiqləşdirməyib.

Bəzi media orqanları daha əvvəl İsrail və “Hizbullah” arasında yeni atəşkəs razılaşmasının əldə olunduğunu bildirsə də, qısa müddət sonra Livanın cənubunda hücumların davam etdiyi barədə məlumatlar yayılıb.

Xəbər lenti

Xəbər lenti