Hava ilə bağlı xəbərdarlıq - daşqın və sel keçəcək

Cəmiyyət Materials 19 İyun 2026 16:34 (UTC +04:00)
Hava ilə bağlı xəbərdarlıq - daşqın və sel keçəcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

“Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək”,-deyə Mətbuat Xidmətindən əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti