Bakı. Trend:
"Çelsi" yeni mövsüm üçün müdafiənin sol cinahını gücləndirməyi planlaşdırır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa nəhənginin əsas hədəfi "Real"da çıxış edən Alvaro Karrrerasdır.
"Çelsi" ispaniyalı baş məşqçisi Xabi Alonso həmyerlisini komandasında görmək istəyir. London klubu 23 yaşlı sol cinah müdafiəçisi üçün La Liqa klubuna təklif göndərməyi nəzərdən keçirir.
Qeyd edək ki, "Real" Alvaro Karrerası 2025-ci ilin yayında "Benfika"dan 50 milyon avroya transfer edib. İspaniiya millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
