İİB Qrupunun növbəti toplantıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək

İqtisadiyyat Materials 19 İyun 2026 15:33 (UTC +04:00)
İİB Qrupunun növbəti toplantıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) Qrupunun növbəti toplantıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən İİB Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, çıxışında İslam İnkişaf Bankının fəaliyyətinə və görülən işlərə toxunaraq bildirib ki, İİB Qrupunun 2026-cı il İllik Toplantıları rəsmən başa çatıb. Əl-Casir Azərbaycanın Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığını ifadə edib. O, həmçinin “qardaşım” adlandırdığı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov da daxil olmaqla bütün qubernatorlara, tərəfdaşlara, nümayəndə heyətlərinə və tədbir iştirakçılarına təşəkkürünü çatdırıb.

İİB Qrupunun sədri qeyd edib ki, Bakıdan yalnız kağız üzərində razılaşmalarla deyil, daha möhkəmləndirilmiş tərəfdaşlıqlarla, daha dəqiq prioritetlərlə və yenilənmiş ortaq məsuliyyət hissi ilə ayrılırlar.

O, növbəti İllik Toplantıların Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcəyini bildirərək iştirakçıları həmin tədbirdə yenidən görməyi səbirsizliklə gözlədiklərini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti