Sertifikasiya imtahanının ikinci günündə iştirak edən müəllimlərin sayı açıqlanıb

Cəmiyyət Materials 18 İyun 2026 17:36 (UTC +04:00)
Sertifikasiya imtahanının ikinci günündə iştirak edən müəllimlərin sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, test imtahanında 3548 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti