İİB Qrupunun Azərbaycana investisiyaları 1,8 milyard dollara çatıb - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 19 İyun 2026 15:30 (UTC +04:00)
İİB Qrupunun Azərbaycana investisiyaları 1,8 milyard dollara çatıb - Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"IsDB Group" Azərbaycanda enerji, infrastruktur, kənd təsərrüfatı, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla müxtəlif sahələri əhatə edən təxminən 1,8 milyard ABŞ dolları dəyərində 84 əməliyyatı maliyyələşdirib.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarov Bakıda keçirilən IsDB Group-un 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir çıxışında bildirib ki, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunması ölkənin beynəlxalq tərəfdaşlığa ən yüksək səviyyədə verdiyi önəmin göstəricisidir. Onun sözlərinə görə, "IsDB Group" Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən ölkəni dəstəkləyən ilk beynəlxalq institutlardan biri olub və bu tərəfdaşlıq artıq daha transformativ mərhələyə daxil olub: "Azərbaycan 1992-ci ildən bankın üzvüdür və ötən dövr ərzində IsDB Group ölkədə enerji, infrastruktur, kənd təsərrüfatı, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla müxtəlif sahələri əhatə edən təxminən 1,8 milyard ABŞ dolları dəyərində 84 əməliyyatı maliyyələşdirib. Layihələrin böyük hissəsi artıq tamamlanıb, hazırda isə ümumi dəyəri təxminən 640 milyon dollar olan 11 layihə icra mərhələsindədir".

Nazir əlavə edib ki, Azərbaycanın bankın səhmdar strukturunda mövqeyi də güclənib və ölkənin kapital payı ilkin 0,1 faizdən 1 faizə yüksəlib.

Onun sözlərinə görə, Azərbaycan ilə IsDB Group arasında 2027–2031-ci illəri əhatə edən ölkə tərəfdaşlıq strategiyası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və bankın 2026–2035-ci illəri əhatə edən 10 illik strateji çərçivəsi ilə uyğunlaşdırılıb: "Bu çərçivə çərçivəsində gələcək illərdə iqtisadi diversifikasiya, insan kapitalına investisiya, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, eləcə də regional bağlantıların genişləndirilməsi əsas prioritetlər olacaq".

M.Cabbarov həmçinin qeyd edib ki, su təchizatı və suyun təmizlənməsi, dəmir yolları, kənd təsərrüfatı (xüsusilə azad olunmuş ərazilər) və “Ələt Azad İqtisadi Zonası” kimi istiqamətlər üzrə yeni layihələr üzərində iş aparılır.
Nazir bildirib ki, IsDB Group tərəfindən maliyyələşdirilən Qarabağ magistral suvarma kanalı su idarəçiliyinin yaxşılaşdırılması və Cəbrayıl və Füzuli rayonlarında kənd təsərrüfatı məhsuldarlığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
O, həmçinin IsDB Group rəhbərliyinin Azərbaycanı Ərəb Koordinasiya Qrupu ilə yenidən əlaqələndirməsində oynadığı rolu yüksək qiymətləndirib və bu əməkdaşlıq çərçivəsində "OPEC Fund for International Development", "Kuwait Fund for Arab Economic Development" və "Abu Dhabi Fund for Development" daxil olmaqla tərəfdaşlarla milyardlarla dollarlıq layihə portfelinin irəlilədildiyini vurğulayıb.

M.Cabbarov çıxışının sonunda bildirib ki, Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlığın həm ölkə daxilində, həm də üçüncü ölkələrdə, xüsusilə də ən az inkişaf etmiş ölkələrə fokuslanmaqla, bankın baxışı və rəhbərliyinin prioritetlərinə uyğun şəkildə genişləndirilməsində maraqlıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti