Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 18 İyun 2026 19:50 (UTC +04:00)
Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 18-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika qitəsinin səkkiz ölkəsini birləşdirən Hökumətlərarası İnkişaf Təşkilatının (IGAD) icraçı direktoru Vorkneh Gebeyehu Negevo ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında ikitərəfli və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və institusional mexanizmlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan və IGAD arasında siyasi, iqtisadi, təhsil, səhiyyə, iqlim, ictimai xidmət, nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti