ABŞ İrana investisiya qoymaq niyyətində deyil - Tramp

Dünya xəbərləri Materials 17 İyun 2026 21:00 (UTC +04:00)
ABŞ İrana investisiya qoymaq niyyətində deyil - Tramp
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton münaqişənin həlli çərçivəsində İrana investisiya qoymaq niyyətində deyil, lakin digər ölkələrin bunu etməsini qadağan etmir.

Xarici media yazır ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"ABŞ-nin ivestisiya qoyacağı ilə bağlı məlumat yalandır. İstəsəniz, investisiya qoya bilərsiniz. Mən sizə bunu etməyinizə əngəl olmayacağam. Amma biz, ABŞ heç 10 sent belə investisiya qoymayacağıq", - Tramp bildirib.

Qeyd edək ki, mediada İranın ABŞ ilə razılaşmanın bir hissəsi olaraq 300 milyard dollar investisiya alacağı ilə bağlı xəbərlər yayılıb.

O, həmçinin bildirib ki, İran iqtisadiyyatına investisiya qoyuluşu məsələsində Körfəz Ərəb ölkələri ilə danışıqlar aparmır.

Daha əvvəl "Əl-Ərəbiyyə" telekanalı İran və ABŞ arasında imzalanması gözlənilən müqavilənin mətnini yaymışdı. Sazişdə deyilirdi ki, ABŞ və onun regional tərəfdaşları ən azı 300 milyard dollar maliyyələşdirmə təmin etməklə İranın yenidən qurulması və inkişafı üçün plan hazırlamağa öhdəlik götürürlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti