Kurultay seçkilərində seçicilərin böyük axını müşahidə olunur – məntəqə sədri (Eksklüziv)

Dünya xəbərləri Materials 23 Avqust 2026 09:28 (UTC +04:00)
Kurultay seçkilərində seçicilərin böyük axını müşahidə olunur – məntəqə sədri (Eksklüziv)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Astana. Trend:

Kurultay seçkilərində seçicilərin böyük axını müşahidə olunur.

Bu barədə Trend-in Astanadakı xüsusi müxbirinə 225 saylı seçki məntəqəsinin sədri Janar Noqurbekova bildirib.

“Bizdə səsvermə dəqiq saat 07:00-da başlayıb. Səsvermə öz qaydasında davam edir, insanlar gəlirlər. Hazırda səs verənlərin sayını təqdim edə bilmirik, çünki seçicilərin böyük axını olub. Səsvermə davam edir, müşahidəçilər və etibarnaməli şəxslər iştirak edirlər. Bu məntəqədə heç bir insident qeydə alınmayıb”, – deyə o bildirib.

Məntəqə sədri qeyd edib ki, Kurultay seçkiləri ölkə üçün böyük əhəmiyyət daşıyır və hazırda bütün Qazaxıstan seçki prosesində iştirak edir.

Qeyd edək ki, bu gün Qazaxıstanda 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər başlayıb.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.

Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Әділет”, Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası “Байтақ”, Qazaxıstan Xalq Partiyası, “Ауыл”, Qazaxıstan Demokratik Partiyası “Ақ жол” və “Respublica”.

Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti