Özbəkistanlı mütəxəssislər Füzulidə “Dostluq” intensiv meyvə bağı yaradırlar – Kudratov

İqtisadiyyat Materials 22 Avqust 2026 17:32 (UTC +04:00)
Özbəkistanlı mütəxəssislər Füzulidə “Dostluq” intensiv meyvə bağı yaradırlar – Kudratov
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistanlı mütəxəssislər Azərbaycanın Füzuli rayonunda “Dostluq” intensiv meyvə bağının yaradılmasına başlayırlar.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.

“Azərbaycan ərazisində özbək mütəxəssislər Füzuli rayonunda “Dostluq” intensiv meyvə bağının yaradılmasına başlayırlar”, – deyə Kudratov bildirib.

Onun sözlərinə görə, regionlar arasında birbaşa qarşılıqlı fəaliyyətin inkişafı aqrosənaye və ərzaq sahələrində birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır.

Kudratov qeyd edib ki, Sırdərya vilayəti və Füzuli, həmçinin Qaşqadərya vilayəti və Beyləqan bağçılıq, kənd təsərrüfatı məhsullarının dərin emalı və hazır ərzaq məhsullarının istehsalına diqqət yetirə bilərlər.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya, ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti