Mourinyo La Liqanın startı ərəfəsində Vinisius barədə danışıb

İdman Materials 22 Avqust 2026 08:21 (UTC +04:00)
Mourinyo La Liqanın startı ərəfəsində Vinisius barədə danışıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

"Real"ın baş məşqçisi Joze Mourinyo La Liqanın 1-ci turunda "Espanyol"la keçiriləcək oyun ərəfəsində hücumçu Vinisius Juniorun əhval-ruhiyyəsi ilə bağlı fikirlərini bölüşüb.

"Vinisiusun dünyanın ən yaxşı futbolçusu olub-olmadığını, ilk üçlükdə, yoxsa ilk onluqda yer aldığını qiymətləndirmək istəmirəm. Mən bu cür müqayisələri çox sevmirəm, amma o, şübhəsiz ki, dünyanın ən yaxşı futbolçularından biridir. Ən yaxşılar isə burada olmalıdırlar.

Bilmirəm, niyə onun əvvəllər digər məşqçilərlə problemləri olub. O, taktiki baxımdan ondan nə istədiyimi çox yaxşı anlayır. Düşünürəm ki, o, xoşbəxtdir, matçlara necə hazırlaşdığımızdan əmindir və qalib gəlmək istəyir.

Aramızda olan hər bir qısa söhbət həmişə belə sözlərlə başa çatırdı: "Gəlin daha da irəliləyək, yenidən qalib gələk və xoşbəxt olaq", – deyə Mourinyonun sözlərini "Real"ın rəsmi saytı sitat gətirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti