İran XİN başçısı ABŞ-nin yeni təzyiq kampaniyasının uğursuzluğa məhkum olduğunu bildirib

Siyasət Materials 21 Avqust 2026 20:49 (UTC +04:00)
İran XİN başçısı ABŞ-nin yeni təzyiq kampaniyasının uğursuzluğa məhkum olduğunu bildirib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri ABŞ-nin yeni təzyiq tədbirlərini rədd edərək onların uğursuzluğa məhkum olduğunu bildirib.

Bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi "X" sosial şəbəkə hesabındakı paylaşımda bildirib.

“14 il əvvəl: “Tarixdə ən dağıdıcı sanksiyalar”. Uğursuzluq.

8 il əvvəl: “Maksimum təzyiq”. Uğursuzluq.

5 ay əvvəl: “Şərtsiz təslimçilik”. Uğursuzluq.

Bu gün: “Tarixdə ən sarsıdıcı iqtisadi əməliyyat”. Uğursuzluğa məhkumdur.

Biz bu filmi artıq görmüşük. Eyni cəfəngiyyatlar. Fərqli təhrikçilər”, - deyə o yazıb.

Əraqçi vurğulayıb ki, İrana sanksiyalar və təzyiq kampaniyaları vasitəsilə tabe olmağa məcbur etmək üçün əvvəlki bütün cəhdlər dəyişməz olaraq uğursuzluqla nəticələnib və yeni tədbirləri də eyni aqibət gözləyir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin hava zərbələri ilə başlayan və aylarla davam edən münaqişədən sonra İranla ABŞ arasında gərginlik davam edir. İyunun 18-də Pakistanın vasitəçiliyi ilə iki ölkə arasında sülh memorandumu imzalansa da, qarşılıqlı öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı qarşılıqlı ittihamlar və davam edən təzyiqlər fonunda yekun sazişin bağlanması üzrə danışıqlar çətinliklərlə üzləşir.

Xəbər lenti

Xəbər lenti