Xalq artisti Şükufə Yusupova qəzaya düşüb, reanimasiyadadır (YENİLƏNİB)

Hadisə Materials 22 Avqust 2026 14:09 (UTC +04:00)
Xalq artisti Şükufə Yusupova qəzaya düşüb, reanimasiyadadır (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 21-də saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs(qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzdən bildirilib.

"Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - deyə əlavə edilib.

XXX

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova yol qəzasına düşüb.

Bu barədə AKİ məlumat yayıb.

Bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.

"Musa Nağıyev (Kliniki Tibbi Mərkəz) adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti