Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Cəmiyyət Materials 21 Avqust 2026 16:54 (UTC +04:00)
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Tivi kənd ərazi icra nümayəndəliyində seçiciləri ilə növbəti görüşünü keçirib.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamına əsasən, əsaslı təmir olunacaq avtomobil yolları sırasında Ordubad rayonunun Biləv–Bist–Ələhi–Xurs–Nürgüt–Tivi–Nəsirvaz yolunun da yer alması sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti