Əməkdar jurnalist Nurani dəfn edilib (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Xəbər 22 Avqust 2026 14:40 (UTC +04:00)
Əməkdar jurnalist Nurani dəfn edilib (YENİLƏNİB) (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) Yasamal qəbiristanlığında dəfn olunub.

Mərhum jurnalistin nəşi valideynlərinin məzarlarının yanında torpağa tapşırılıb.

xxx

13:55

Əməkdar jurnalist Tofiqəxanım Qasımova ilə vida mərasimi başa çatıb.

Mərhumun nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

xxx

12:50

Əməkdar jurnalist Tofiqə Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Trend xəbər verir ki, mərasimə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media ictimaiyyətinin nümayəndələri, mərhumun dostları və ictimai xadimlər qatılıblar.

Mərasim iştirakçıları Əməkdar jurnalistin xatirəsini yad edir, yaxınlarına başsağlığı verirlər.

Vida mərasimi başa çatdıqdan sonra Tofiqə Qasımovanın nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra ötən gecə müalicə aldığı xəstəxanada vəfat edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti