"Liverpul"un sabiq yarımmüdafiəçisi Türkiyə klubu ilə anlaşdı

İdman Materials 23 Avqust 2026 00:30 (UTC +04:00)
"Liverpul"un sabiq yarımmüdafiəçisi Türkiyə klubu ilə anlaşdı

Bakı. Trend:

Fabinyo karyerasını Türkiyə çempionatında davam etdirəcək.

“Liverpul”un sabiq yarımmüdafiəçisi "Trabzonspor" ilə şifahi razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Braziliyalı futbolçunun yaxın 1-2 gün ərzində Türkiyəyə yollanacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl “Trabzonspor”a “Liverpul”un sabiq vingeri Muhamed Salah da keçib. Fabinyonun son klubu "Əl-Ittihad" olub. O, bu klubdan azad agent kimi ayrılıb.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti