Azərbaycan Böyük Britaniyanın mühüm regional tərəfdaşıdır – səfir

Siyasət Materials 21 Avqust 2026 11:21 (UTC +04:00)
Azərbaycan Böyük Britaniyanın mühüm regional tərəfdaşıdır – səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniya Azərbaycanı mühüm regional tərəfdaşı kimi yüksək qiymətləndirir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən mətbuat konfransında bildirib.

“Böyük Britaniya Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qərarlıyam”, – deyə səfir bildirib.

O qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın tarixi 30 ildən çoxdur.

“Bu münasibətlər enerji sahəsində başlayıb. BP-nin qabaqcıl investisiyaları Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına töhfə verib və biz bu möhkəm təməl üzərində inkişafı davam etdiririk”, – deyə Norman bildirib.

Diplomat vurğulayıb ki, əməkdaşlıq artıq enerji sahəsindən xeyli kənara çıxıb.

“Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil və innovasiya sahələrini əhatə edir. Hər iki tərəfdə dərin əlaqələr və xalqlar arasında möhkəm bağlar mövcuddur. Azərbaycan dəyərli tərəfdaşdır; iki ölkə arasında sıx əlaqələr, eləcə də dövrümüzün əsas problemləri və imkanları ilə bağlı ortaq baxışlar var”, – deyə Norman qeyd edib.

O əlavə edib ki, məhz buna görə iki ölkənin hökumətləri bu münasibətlərin səviyyəsini Strateji Tərəfdaşlıq mərhələsinə yüksəltmək barədə razılığa gəliblər.

“Bu addım bizim ortaq prioritetlərimiz olan yeni iqtisadi inkişaf imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyaların təşviqi sahələrində daha dərin əməkdaşlığa imkan verəcək. Böyük Britaniya və Azərbaycan hər iki xalq üçün real fayda təmin edən ortaq gələcək qururlar”, – deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti