İran ABŞ-nin yeni sanksiyalarını "iqtisadi terrorizm" adlandırıb

Dünya xəbərləri Materials 20 Avqust 2026 22:10 (UTC +04:00)
İran ABŞ-nin yeni sanksiyalarını "iqtisadi terrorizm" adlandırıb
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ administrasiyasının ölkəyə qarşı tətbiq etdiyi yeni və hərtərəfli sanksiya qərarlarına sərt reaksiya verib.

Bu barədə nazirliyin yazılı bəyanatında bildirilib.

Bəyanatda Vaşinqtonun bu addımı "iqtisadi terrorizm" və "insanlığa qarşı cinayət" kimi qiymətləndirilib.

Qeyd olunub ki, sanksiyaların elan edilməsi 1953-cü ildə İranda baş vermiş çevrilişin ildönümünə təsadüf edir və bu, ABŞ-nin İran xalqına qarşı onilliklərdir davam etdirdiyi siyasətin növbəti təzahürüdür. Bəyanatda həmçinin vurğulanıb ki, geniş iqtisadi və ticarət məhdudiyyətləri birbaşa İran vətəndaşlarının əsas hüquqlarına təsir göstərir.

XİN bildirib ki, son il yarım ərzində ABŞ və İsrailin İrana təzyiq göstərmək və Tehrana öz şərtlərini qəbul etdirmək cəhdləri nəticəsiz qalıb. Nazirliyin qiymətləndirməsinə görə, bu cür addımlar İran xalqının müstəqilliyini, ləyaqətini və milli suverenliyini qorumaq iradəsini zəiflədə bilməz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti