AMB “CFI Financial İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

İqtisadiyyat Materials 20 Avqust 2026 10:36 (UTC +04:00)
AMB “CFI Financial İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsinə inzibati cəza tətbiq edib.

AMB-dən verilən məlumata görə, qurum tərəfindən şirkətdə aparılan tematik yoxlama zamanı “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl olunmadığı müəyyən edilib.

Bununla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimələnib.

İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan və fəaliyyətinin müstəsna predmeti “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.

İnvestisiya şirkətlərinin əsas xidmətlərinə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbul və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması və marja ticarəti daxildir.

Yardımçı xidmətlərə isə müştərilərin qiymətli kağızlar hesablarının idarə edilməsi, investorlara kredit və digər formada borc verilməsi, investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması, təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətlərinin göstərilməsi və xarici valyuta mübadiləsi daxildir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri arasında “CFI Financial İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC, “İnvest-Az İnvestisiya Şirkəti” QSC, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, “İnno Kapital İnvestisiya Şirkəti” ASC, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, “Assist Finance İnvestisiya Şirkəti” ASC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, “MFX-Trading İnvestisiya Şirkəti” ASC, “CPM-İnvest İnvestisiya Şirkəti” ASC, “Troni İnvestisiya Şirkəti” QSC və “Capital Partners İnvestisiya Şirkəti” QSC də yer alır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti