Serbiya prezidenti parlament seçkilərinin keçirilmə tarixini açıqladı

Dünya xəbərləri Materials 21 Avqust 2026 00:14 (UTC +04:00)
Serbiya prezidenti parlament seçkilərinin keçirilmə tarixini açıqladı

Bakı. Trend:

Serbiya prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərinin 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcəyini açıqlayıb.

Bu barədə Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.

“Hazırkı vəziyyətə görə, parlament seçkiləri Serbiyada ya oktyabrın 18-də, ya da 25-də keçiriləcək”, - deyə o bildirib.

Bundan əvvəl Serbiya prezidenti parlament seçkilərinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini açıqlamışdı. A. Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının qələbə qazanacağına ümid edir və bu halda baş nazir vəzifəsini tuta bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti