İsrail Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcək – Netanyahu

Dünya xəbərləri Materials 20 Avqust 2026 01:29 (UTC +04:00)
İsrail Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcək – Netanyahu
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail özünə təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcək.

“Biz İsrail üçün təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyik”, — deyə o bildirib. Netanyahunun açıqlamalarını onun ofisi yayıb.

“Biz mesajı açıq şəkildə çatdırdıq: buna ehtiyac yoxdur. Görünür, bu mesaj kifayət qədər yaxşı eşidilməyib, ona görə də onun daha yaxşı başa düşülməsini təmin etdik”, — deyə Netanyahu əlavə edib.

Daha əvvəl Netanyahunun ofisi bildirmişdi ki, Suriya ölkənin şimalındakı aviabazada Türkiyə qoşunlarının yerləşdirilməsinə imkan verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonun “pozulmasına yaxınlaşıb”.

Bundan əvvəl Syria TV telekanalı avqustun 18-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirdiyini iddia edib. Kanalın məlumatına görə, hücumlar maddi ziyana səbəb olub.

Xəbər lenti

Xəbər lenti