Hava limanında gömrük qaydaları pozulmaqla ölkəyə gətirilən dərmanlar aşkarlanıb

Cəmiyyət Materials 19 Avqust 2026 15:42 (UTC +04:00)
Hava limanında gömrük qaydaları pozulmaqla ölkəyə gətirilən dərmanlar aşkarlanıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.

"Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə, 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti