Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

Cəmiyyət Materials 19 Avqust 2026 21:04 (UTC +04:00)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

1c texniki dərəcəli, 4–6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır. Tunellərin ümumi uzunluğu 6,3 km-dən çox, ən uzun tunel isə 3,34 km-dir.

Qeyd edək ki, 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi 2024-cü ildə Beynəlxalq Yol Federasiyası tərəfindən Avropa və Mərkəzi Asiya üzrə "İnnovativ inşaat metodologiyası" nominasiyasında 1-ci yerə layiq görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti