Bakı. Trend:
Avqustun 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi
dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda
gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
