Qaradağda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 18 Avqust 2026 20:51 (UTC +04:00)
Qaradağda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Qaradağ rayonunda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birindən 1500 manat pul vəsaiti oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı S.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun digər analoji cinayət əməlləri törətdiyi də məlum olub.

Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti