Bakı. Trend:
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi kimi təsvir edən foto paylaşmasına münasibət bildirib.
O, bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Tramp əbədi Fars körfəzinin adını düzgün yazdığı kimi, tezliklə onun Hörmüz boğazı ilə bağlı illüziyası ya düzəldiləcək, ya da biz bu illüziyaya qapılmış şəxsin illüziyalarını düzəldəcəyik”, - deyə Qəribabadi bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını ABŞ ərazisi kimi təqdim edən foto yayımlayıb.
