AMB Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini istifadəyə verməyə hazırlaşır - FOTO

İqtisadiyyat Materials 18 Avqust 2026 16:02 (UTC +04:00)
AMB Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini istifadəyə verməyə hazırlaşır - FOTO
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sisteminin (MQRS) yaradılması çərçivəsində bank və bank olmayan kredit təşkilatlarının (BOKT) nümayəndələrinin iştirakı ilə təqdimat keçirilib.

AMB-nin məlumatına görə, tədbirdə sistemin test rejimində fəaliyyətinin yoxlanılması və ilkin mərhələdə məhdud funksionallıqla istifadəyə verilməsi məsələləri müzakirə olunub.

Təqdimat zamanı MQRS-nin hazırkı mərhələdə fəaliyyət mexanizmi, funksionallığı, habelə sistem vasitəsilə toplanılması nəzərdə tutulan məlumatların əhatəsi ətraflı müzakirə edilib.

Həmçinin Mərkəzi Bank tərəfindən bank və BOKT-ların MQRS-ə inteqrasiyasının təmin edilməsi məqsədilə müvafiq texniki spesifikasiya hazırlanaraq sektor iştirakçılarına nümayiş etdirilib.

Bununla yanaşı, bank və BOKT-lara MQRS-ə inteqrasiya üçün zəruri texniki tədbirlərin müəyyən edilmiş müddətədək yekunlaşdırılması bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti