İndoneziyada zəlzələ qurbanlarının sayı 53-ə çatıb

Dünya xəbərləri Materials 17 Avqust 2026 11:49 (UTC +04:00)
İndoneziyada zəlzələ qurbanlarının sayı 53-ə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İndoneziyanın cənub-şərqində baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb, 137 nəfər xəsarət alıb.

Bu barədə “Tempo” portalı ölkənin Təbii Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumat, informasiya və fövqəladə hallar üzrə kommunikasiya mərkəzinin rəhbəri vəzifəsini icra edən Berton Panjaitanın sözlərinə görə, zəlzələ nəticəsində 2,4 min evə ziyan dəyib. Təxliyə məntəqələrində 5 488 nəfər yerləşdirilib, daha 171 nəfər isə müstəqil şəkildə təxliyə olunub.

Qurumun nümayəndəsi bildirib ki, avqustun 15-də Şərqi Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində “87 təhsil müəssisəsinə, 50 dini obyektə, 76 dövlət müəssisəsinə və müxtəlif digər ictimai obyektlərə” ziyan dəyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti