Şagirdlərin elektron yerdəyişməsi başlayır

Cəmiyyət Materials 17 Avqust 2026 16:48 (UTC +04:00)
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, avqustun 20-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək:

Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir".

"İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti