Bakı. Trend:
Bakıda tanışını qəsdən öldürməkdə ittiham edilən Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rauf Sadıqov 13 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1(Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
