Bu gecə Moskvaya doğru 620 pilotsuz uçuş aparatı buraxılıb — Sergey Sobyanin

Dünya xəbərləri Materials 18 Avqust 2026 08:44 (UTC +04:00)
Bu gecə Moskvaya doğru 620 pilotsuz uçuş aparatı buraxılıb — Sergey Sobyanin

Bakı. Trend:

Avqustun 17-dən 18-nə keçən gecə Rusiyanın paytaxtı və Moskva vilayəti istiqamətində azı 620 pilotsuz uçuş aparatı buraxılıb.

Bu barədə bu səhər Moskva meri Sergey Sobyanin məlumat verib.

Sobyaninin Teleqram-da yaydığı məlumata görə, həmin PUA-lardan 180-i bazar ertəsi axşamından çərşənbə axşamı saat 05:00-dək Moskva vilayətində məhv edilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə hücum nəticəsində üç nəfərin yaralandığını açıqlayıb.

O bildirib ki, hücum zamanı Rusiyanın iri elektron ticarət şirkəti "Wildberries"ə məxsus anbarlardan biri pilotsuz uçuş aparatı ilə vurulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti