Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat - 100-dən çox saxlanılan var

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 10:07 (UTC +04:00)
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat - 100-dən çox saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin mərkəzi Eskişəhir olmaqla 33 vilayətdə qanunsuz mərc və qumar fəaliyyətinə qarşı əməliyyat keçirilib.

"Haber7" telekanalının məlumatına görə, əməliyyatlar Eskişehir Respublika Baş Prokurorluğunun koordinasiyası, Baş Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin dəstəyi ilə həyata keçirilib.

Əməliyyatlar nəticəsində 119 şübhəlinin saxlanılmasına yönəlmiş tədbirlər görülüb. Araşdırmalar zamanı şübhəlilərin mütəşəkkil şəkildə onlayn qanunsuz mərc və qumar saytlarının fəaliyyətinə şərait yaratdıqları, üçüncü şəxslərdən bank hesabları və GSM xətləri topladıqları, həmçinin pul köçürmələrinə vasitəçilik etdikləri müəyyənləşdirilib.

Türkiyə Daxili İşlər Nazirliyi qanunsuz fəaliyyət göstərən cinayət şəbəkələrinə qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti