Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 11:25 (UTC +04:00)
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, A.Abbasovun ekstradisiyası barədə Azərbaycan Baş Prokurorluğunun vəsatəti Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə onun təkrarən öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar qəbul olunub, istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

A.Abbasov Rusiya ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti