Bakı.Trend:
İraqın Kürdüstan muxtar bölgəsinin Baş naziri Məsrur Bərzani İran dronlarının onun şəxsi ofisini və Kürdüstanın təhlükəsizlik və kəşfiyyat idarəsinin rəhbərinin evini hədəfə aldığını bildirib.
Bu barədə o, “X” hesabındakı paylaşımında bildirib.
“Səhər saatlarında Kürdüstanın Terrorla Mübarizə İdarəsinin apardığı araşdırmadan sonra məlum olub ki, mənim şəxsi ofisim və Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin rəhbərinin evi İranın dron hücumlarının hədəfi olub”, – deyə o, yazıb.
Bərzani hücumları “məsuliyyətsiz və qəbuledilməz” adlandıraraq pisləyib.
O, zərbələri həm də “təhlükəli eskalasiya” və Kürdüstan Regionunun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid adlandırıb. Bərzani əlavə edib ki, bu hücumlar hakimiyyət orqanlarını öz vəzifələrini yerinə yetirməkdən və sakinləri qorumaqdan çəkindirməyəcək.
