Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Cəmiyyət Materials 17 Avqust 2026 17:29 (UTC +04:00)
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, 14.08.2026-cı il tarixində Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb.

Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib.

Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.

Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti