200-dən çox düşmən təyyarəsini vurmuşuq - SEPAH

Dünya xəbərləri Materials 17 Avqust 2026 15:58 (UTC +04:00)
200-dən çox düşmən təyyarəsini vurmuşuq - SEPAH
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müharibə başlayandan bəri 200-dən çox "düşmən təyyarəsinin” vurduğunu iddia edib.

Bu barədə SEPAH baş komandanının müavini, general-mayor Mostafa İzadi açıqlamasında qeyd edib.

İzadi münaqişəni “hibrid müharibə” kimi xarakterizə edib və bildirib ki, İranın düşmənləri həm daxildə, həm də hərbi əməliyyatlar vasitəsilə ölkədə sabitliyi pozmağa çalışıblar.

İzadi həmçinin münaqişənin İranın siyasi sistemini zəiflətdiyi və ya ölkənin parçalanmasına səbəb olduğu barədə fikirləri rədd edib.

“İran İslam Respublikası nəinki parçalanmadı, İslam sistemi nəinki zəifləmədi, əksinə, İslam Respublikası İranda əvvəlkindən daha güclü və daha əzmkar olduğunu nümayiş etdirdi”, – deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti