Yaponiya sualtı qayıqlardan buraxılan hipersəs raketləri hazırlayacaq

Dünya xəbərləri Materials 19 Avqust 2026 08:55 (UTC +04:00)
Yaponiya sualtı qayıqlardan buraxılan hipersəs raketləri hazırlayacaq

Bakı. Trend:

Yaponiyanın Müdafiə Nazirliyi 2027-ci ildə sualtı qayıqlardan buraxılan hipersəs raketlərinin və uzaq mənzilli zərbə PUA-larının hazırlanmasına başlamaq niyyətindədir.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq maddələr artıq müdafiə qurumunun 2027-ci il büdcə layihəsində öz əksini tapıb. Bildirilib ki, gələn il Müdafiə Nazirliyinin büdcəsində “cavab zərbəsi potensialının” həyata keçirilməsi ilə bağlı texnologiya və silahlara xüsusi diqqət yetiriləcək.

Qeyd olunur ki, Yaponiya tərəfi qarşısının alınması daha çətin olan sualtı qayıqlardan buraxılan hipersəs raketlərinin hazırlanmasına başlamaq, həmçinin pilotsuz sualtı aparatların uzaqmənzilli raketləri buraxmaq imkanına malik olmasını təmin edəcək texnologiyalar üzərində işləmək niyyətindədir.

Məlumata görə, hava hücumundan müdafiə sahəsində pilotsuz ələkeçirici aparatların, eləcə də gəmilərdən istifadə edilən zərbə PUA-larının alınması nəzərdə tutulur. Həmçinin birgə operativ komandanlıq üçün süni intellekt əsasında qərar qəbuletməyə dəstək sistemi hazırlanacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti