Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Baş Prokurorluğunun üç Rusiya vətəndaşı – jurnalistlər İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevi beynəlxalq axtarışa vermək qərarını şərh edib.
Onun sözlərinə görə, həmin şəxslərin bəyanatları “heç bir halda Moskvanın Azərbaycana və Respublika ilə münasibətlərə yanaşmasını əks etdirmir”.
Zaxarova vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri qüvvədə olan ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə isə 2022-ci il fevralın 22-də Moskvada iki ölkə liderləri tərəfindən imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etdirilməlidir.
