Bakı. Trend:
Almaniya hakimiyyəti Seutadakı miqrasiya böhranı ilə əlaqədar qonşu ölkələrlə sərhədlərdə nəzarəti daha altı ay uzatmağı planlaşdırır.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Seçmə sərhəd yoxlamalarının müddəti ilkin olaraq sentyabrın 15-də başa çatmalı idi.
“Avropanın xarici sərhədlərində baş verən hadisələrin inkişafı göstərir ki, qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərhəd nəzarəti hələ də zəruridir”, – Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Bild qəzetinə bildirib.