Bərgüşadçay su anbarının II mərhələsi üzrə 87,8 milyon manatlıq işlər görüləcək

İqtisadiyyat Materials 18 Avqust 2026 17:07 (UTC +04:00)
Bərgüşadçay su anbarının II mərhələsi üzrə 87,8 milyon manatlıq işlər görüləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bərgüşadçay su anbarının tikintisi (II mərhələ) çərçivəsində təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi (1-ci hissə) işləri aparılacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq tədbirlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum sözügedən işlərin 87,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bərgüşadçay su anbarının tikintisi işlərinin icrası ilə bağlı “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı ilə razılaşıb.

Şirkətin təklif etdiyi vəsaitin miqdarı 51 milyon 765 min manat olub.

2022-ci ildə Bərgüşadçay su anbarının yeri isə topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.

Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti